"Al Ekhbariya": İsrail hərbçiləri Suriyanın Əl-Kuneytra əyalətinə zərbələr endirib

Digər ölkələr
  • 03 oktyabr, 2026
  • 20:55
Al Ekhbariya: İsrail hərbçiləri Suriyanın Əl-Kuneytra əyalətinə zərbələr endirib

İsrailin müdafiə qüvvələri Suriyanın Əl-Kuneytra əyalətindəki bir yaşayış məntəqəsinə atəş açıb.

"Report"un məlumatına görə, bu barədə Suriyanın "Al Ekhbariya" telekanalı xəbər verib.

"İsrailin iki tankı və bir neçə hərbi texnika Əl-Kuneytra əyalətinin cənub hissəsindəki Seyda-əl-Hanut kəndinin qərbinə doğru irəliləyərək yaşayış məntəqələrinə nizamsız atəş açıb", - xəbərdə deyilir.

"Syria TV" isə bildirib ki, İsrail artilleriyası həmçinin Suriyanın cənubundakı Dəraa əyalətinin qərb hissəsindəki Maariya yaşayış məntəqəsinin ətrafını da atəşə tutub.

Daha əvvəl Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaraa İsraildən 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri işğal altında olan bütün Suriya ərazilərindən qoşunlarını çıxarmasını tələb edib.

44 - Tezliklə