Aİ Şurası Yunanıstana 3 ay vaxt verib

Digər ölkələr
  • 12 fevral, 2016
  • 13:17
Aİ Şurası Yunanıstana 3 ay vaxt verib

Bakı. 12 fevral. REPORT.AZ/ Avropa İttifaqı Şurası Şengen razılaşmasının həyata keçirilməsindəki pozuntuları aradan qaldırmaq üçün Yunanıstana 3 ay vaxt verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda məlumat verilir.

"12 fevral 2016-cı il tarixində Şura Yunanıstanın xarici sərhədlər üzrə Şengen razılaşmasının tələblərini ciddi pozmasıyla bağlı qərar üzrə tövsiyəni təsdiq edib. Tövsiyədə Yunanıstana bu çatışmazlıqları aradan qaldırmaq məsləhət görülür", - deyə sənəddə deyilir.

Sənəddə həmçinin rəsmi Afinanın Aİ Şurasının tövsiyələrinin qüvvəyə mindiyi andan bəri onun icrasını həyata keçirmək üçün 3 ay vaxtının olduğu vurğulanır.