Aİ səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər - YENİLƏNİB

Digər ölkələr
  • 20 fevral, 2026
  • 16:20
Aİ səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər - YENİLƏNİB

Avropa İttifaqı (Aİ) fevralın 23-də Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləməyə hələ də ümid edir.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Krakovda E5 formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

"Biz növbəti bazar ertəsi Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək niyyətindəyik", - o deyib.

Qeyd edək ki, fevralın 23-də Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketini razılaşdıra bilməyiblər", - agentlik bildirib.

Xatırladaq ki, fevralın 6-da Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini təqdim edib. O, energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir.

44 filmi