AK-nin keçmiş sədri: Aİ-nin BMT TŞ-də veto hüququna malik olması faydalı olardı

Digər ölkələr
  • 05 dekabr, 2024
  • 11:25
AK-nin keçmiş sədri: Aİ-nin BMT TŞ-də veto hüququna malik olması faydalı olardı
Romano Prodi

Avropa İttifaqının (Aİ) dünyada təsirini artırmaq üçün Fransadan nüvə arsenalına və Parisin BMT Təhlükəsizlik Şurasındakı (TŞ ) veto hüququna çıxış əldə etməsi faydalı olardı.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ras əl-Xeymədə keçirilən Verona Avrasiya İqtisadi Forumunda Avropa Komissiyasının keçmiş sədri Romano Prodi bildirib.

Onun fikrincə, Avrpa İttifaqının dünyada əhəmiyyətli rol oynaması çətindir, çünki Almaniya iqtisadi, Fransa isə siyasi çətinliklərlə üzləşir.