Aİ-də Ukraynanın Rusiya aktivləri hesabına kreditləşdirilməsi müzakirə edilib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 19:03
Aİ-də Ukraynanın Rusiya aktivləri hesabına kreditləşdirilməsi müzakirə edilib

Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri bu gün keçirilən görüşdə Rusiyanın dondurulmuş aktivləri əsasında Ukraynaya kredit verilməsini müzakirə ediblər və bu qərarın dekabr iclasına qədər qəbul olunmasına töhfə verməyə davam edəcəklər.

"Report" xəbər verir ki, bunu Aİ Şurasına sədrlik edən Danimarkanın iqtisadiyyat naziri Stefani Lose deyib.

"Biz Aİ-nin Ukraynaya yeni dəstəyinin müzakirəsini davam etdirdik və dəstək variantları, o cümlədən Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan reparasiya krediti təklifi barədə fikir mübadiləsi apardıq. Aİ bu qərarın Aİ Şurasının dekabr ayında keçiriləcək iclasında qəbul edilməsinə kömək etmək üçün səylərini davam etdirəcək", - o, maliyyə nazirlərinin görüşündən sonra bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti