Aİ Avropa Komissiyasının gələcək rəhbərinin namizədliyi ilə bağlı razılığa gəlməyib

Digər ölkələr
  • 17 iyun, 2024
  • 23:11
Aİ Avropa Komissiyasının gələcək rəhbərinin namizədliyi ilə bağlı razılığa gəlməyib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Aİ-nin dövlət və hökumət başçıları Ursula fon der Lyayenin Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin edilməsi barədə razılığa gəlməyiblər.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Bu gün razılaşma yoxdur", - Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra.

Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər Aİ-nin gələcəyi ilə bağlı fikirlərini bölüşən fon der Lyayeni dinləyiblər.