Ağ ev: Bayden Çin Sədri ilə telefon danışığı aparacaq
Digər ölkələr
- 19 aprel, 2023
- 19:27
ABŞ Prezidenti Cozef Bayden Çin Sədri Si Cinpinlə telefon danışığı aparmağa hazırlaşır, lakin hələlik konkret planlar barədə məlumat veriləcək bir şey yoxdur.
“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer mütəmadi keçirilən brifinqdə bildirib.
“Biz dəfələrlə demişik ki, prezident Sədr Siyə zəng edəcək. Mən sizə indi zəng barədə məlumat verə bilmərəm”, - o deyib.
Mətbuat katibi vurğulayıb ki, Vaşinqton Pekinlə kommunikasiya kanallarını açıq saxlamağı vacib sayır: “Biz Çinlə strateji rəqabətdən danışsaq da ... Çinlə ikitərəfli əlaqələri vacib hesab edirik. Bu dəyişməyib. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik”.
Son xəbərlər
16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Digər ölkələr16:09
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Sənaye16:03
Foto
"Yay Fest 2026"nın "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb
Daxili siyasət15:51
Bakı-Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
İnfrastruktur15:36
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 15 %-ə yaxın artıb
Maliyyə15:29
Video
Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB
Digər ölkələr15:28
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib
Futbol15:24