AEBA və İran nüvə obyektlərinin monitorinqi barədə razılığa gəlib

Digər ölkələr
  • 10 sentyabr, 2025
  • 13:35
AEBA və İran nüvə obyektlərinin monitorinqi barədə razılığa gəlib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla iyun ayında hücuma məruz qalmış İsfahan, Natanz və Fordo nüvə obyektlərinin yoxlanılması prosedurlarını razılaşdırıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Agentliyin baş direktoru Rafael Qrossi Rəhbərlər Şurasının iclasında çıxışı zamanı bildirib.

"Texniki sənəd yoxlamaların aparılması, bildirişlərin ötürülməsi və həyata keçirilməsi prosedurlarının aydın başa düşülməsini təmin edir. Yoxlamalar hücuma məruz qalmış obyektlər də daxil olmaqla İrandakı bütün nüvə obyektləri və qurğularını, həmçinin orada olan nüvə materiallarını əhatə edəcək", - o qeyd edib.

R.Qrossi vurğulayıb ki, AEBA Tehranın Nüvə silahlarının yayılmaması haqqında müqavilənin iştirakçısı olaraq qalmaq istəyini alqışlayır. O qeyd edib ki, İran bir sıra məsələlərlə bağlı narahatlığını ifadə edib və bu narahatlıqları dinləməyin, onların həlli yollarını tapmağın agentliyin borcu olduğunu deyib.