ABŞ aviasiyası Kobani kürdlərini silahla təmin edib

Digər ölkələr
  • 20 oktyabr, 2014
  • 06:55
ABŞ aviasiyası Kobani kürdlərini silahla təmin edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ aviasiyası Kobani şəhərini “İslam dövləti” (İŞID) yaraqlılarından qoruyan kürd döyüşçülərinə havadan silah, sursat və tibbi ləvazimat çatdırıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. 

"S-130 nəqliyyat təyyarələri kürd hərbçilərinə yaraqlılarla döyüşə davam etmək üçün ehtiyat məqsədilə bir neçə qutu silah və humanitar yardım atıblar" - deyə, məlumatda bildirilib.

Amerikanın NBC News kanalının məlumatına görə, əməliyyatda üç təyyarə iştirak edib, onlar əməliyyat zamanı nə quru, nə də havada müqavimətlə üzləşməyiblər.