ABŞ və Rusiya Arktikada təbii resursların birgə hasilatını müzakirə edirlər

Digər ölkələr
  • 27 fevral, 2025
  • 04:37
ABŞ və Rusiya Arktikada təbii resursların birgə hasilatını müzakirə edirlər

ABŞ və Rusiya Arktikada birgə layihələr, o cümlədən təbii resursların hasilatı və nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı ilkin danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

Tərəflər neft, qaz və nadir torpaq metallarının yataqlarının birgə istismarını, həmçinin materiklərarası logistika zəncirlərini qısaltmaq üçün Şimal Dəniz Yolunun istifadəsini nəzərdən keçirir. ABŞ üçün enerji sahəsində Moskva ilə əməkdaşlıq “strateji prioritet” kimi qiymətləndirilir.

Konfidensial xarakter daşıyan danışıqlar ilkin mərhələdədir və onların fəallaşması Donald Tramp administrasiyasının Rusiya – Ukrayna müharibəsinin həlli üzrə irəliləyiş əldə etməyə çalışması ilə üst-üstə düşüb. “Bloomberg”in məlumatına görə, tərəflər geosiyasi fikir ayrılıqlarına baxmayaraq, iqtisadi dialoqa hazır olduqlarını nümayiş etdirirlər.