ABŞ "Taliban"ı terror təşkilatları siyahısına daxil etməyi düşünür
Digər ölkələr
- 21 may, 2025
- 21:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət Departamenti Əfqanıstan "Taliban" hərəkatını terror təşkilatları siyahısına əlavə etməyi düşünür.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.
"Bizim onların təyinatı ilə bağlı verəcəyimiz bir sıra qərarlarımız var ki, nəticədə Əfqanıstanla bağlı gələcək siyasətimizin nə olması barədə vahid yanaşmaya əsaslanacaq. Biz onların kim olduqları və keçmişdə nə etdikləri barədə bilirik. "Əl-Qaidə" və ölkədəki digər elementlər məsələsində onlardan daha çox əməkdaşlıq görmək istərdik", - Rubio əlavə edib.
Son xəbərlər
16:48
Fridrix Merts hökuməti Kiyevə 1 milyard avro dəyərində yardım ayırıb
Digər ölkələr16:40
Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var
Digər ölkələr16:29
Avropada sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
Digər ölkələr16:16
Bir gündə Türkiyədə dörd dəfə zəlzələ olub
Region16:13
Foto
Bakıda keçirilmiş üzgüçülük üzrə Dünya Kuboku rekordlarla yadda qalıb
Fərdi16:07
Braziliyada prezident seçkiləri keçirilir
Digər ölkələr15:50
Foto
Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB-3
Fərdi15:42
OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək
Energetika15:28