ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 03:04
ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib

ABŞ Konqresinin Senatı oktyabrın 22-də son həftələr ərzində artıq on ikinci dəfə Respublikaçılar tərəfindən irəli sürülmüş və federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməyə yönəlmiş qanun layihəsini rədd edib. Hazırda hökumətin fəaliyyəti qismən dayandırılıb.

"Report"un məlumatına görə, qərarın qəbul edildiyi iclası C-SPAN telekanalı yayımlayıb.

Prosedur səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanmış və əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənmiş sənədi Konqresin yuxarı palatasının 54 üzvü dəstəkləyib, 46 nəfər isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqlənməsi üçün 60 senatorun səsi tələb olunur.

ABŞ Prezidenti Donald Tramp əvvəllər Konqresdə Demokratların tezliklə adıçəkilən sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Demokratlar tərəfindən təqdim edilmiş hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini Senat daha əvvəl ən azı yeddi dəfə rədd edib.

ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla, bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrikdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti