ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib

Digər ölkələr
  • 08 mart, 2018
  • 16:50
ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib

Bakı. 8 mart. REPORT.AZ/ ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.

O, "Taliban"da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.

Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri –Gül Məhəmməd və Ustan Yasin də var.