ABŞ nüvə bombalarını yenidən Britaniyada yerləşdirmək niyyətindədir

Digər ölkələr
  • 10 oktyabr, 2023
  • 01:52
ABŞ nüvə bombalarını yenidən Britaniyada yerləşdirmək niyyətindədir

ABŞ Böyük Britaniyada nüvə silahı anbarlarının təkmilləşdirilməsini maliyyələşdirib və bu, ABŞ-ın nüvə bombalarını oraya qaytarmaq planlarını göstərir.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının birinci komitəsinin iclasında Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Konstantin Vorontsov bildirib.

Vorontsov qeyd edib ki, ABŞ-ın nüvə silahı Avropada ölkədən minlərlə kilometr uzaqda yerləşən qabaqcıl bazalarda yerləşdirilib, Rusiya və Belarus ərazisindəki hədəflərə sürətlə çatmağa qadirdir.

“Avropada bu silahların sayının dəyişmədiyini bildirən həmkarım (ABŞ nümayəndəsi - Qeyd) Vaşinqtonun Böyük Britaniyadakı anbarların modernləşdirilməsini maliyyələşdirdiyini qeyd etməməyi üstün tutdu ki, bu da Amerika nüvə bombalarının oraya qaytarılması planlarını açıq şəkildə göstərir”.