ABŞ-ın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb

Digər ölkələr
  • 07 sentyabr, 2016
  • 23:07
ABŞ-ın hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "T-45" təyyarəsi təlim uçuşu zamanı Missisipidə, aeroport yaxınlığında yerə düşüb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Məlumata görə, hadisə Meridian şəhəri yaxınlığında, yerli vaxtla saat 13:15-də qeydə alınıb.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Penni Rendal bildirib ki, tələbə və təlimatçı pilot katapulta (təyyarəçini havaya tullamaq üçün xüsusi mexanizm - "Report") vasitəsilə xilas olublar. Rendalın sözlərinə görə, onlar xəstəxanaya yerləşdiriliblər və hər ikisinin həyatı üçün heç bir təhlükə yoxdur.  

Qəzanın başvermə səbəbləri məlum deyil. Hərbi Hava Qüvvələri insidentlə bağlı araşdırma aparır. 

44 - Tezliklə