ABŞ-ın başçılıq etdiyi koalisiya Əl-Hasaqa ikinci aviazərbə endirib - YENİLƏNİB

Digər ölkələr
  • 12 may, 2018
  • 13:04
ABŞ-ın başçılıq etdiyi koalisiya Əl-Hasaqa ikinci aviazərbə endirib - YENİLƏNİB
AFP 2018 / Delil Souleiman

Bakı. 12 may. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya təyyarələri Suriyanın Əl-Hasaq əyalətinə ikinci dəfə zərbələr endirib, 9 nəfər dinc sakin həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

***16:25

Bakı. 12 may. REPORT.AZ/ ABŞ-nın başçılıq etdiyi beynəlxalq koalisiya təyyarələri Suriyanın Əl-Hasaq əyalətinin cənubundakı kəndə zərbələr endirib. Nəticədə 8 dinc sakin həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası xəbər yayıb.

Telekanalın məlumatına görə, Əbu Həmid rayonundakı Əl Hamadi kəndi aviazərbələrə məruz qalıb.