ABŞ İmmiqrasiya Xidmətinin əməkdaşları Nyu-Yorkda yaxalama zamanı bir kişini yaralayıblar

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 06:34
ABŞ İmmiqrasiya Xidmətinin əməkdaşları Nyu-Yorkda yaxalama zamanı bir kişini yaralayıblar

ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları Nyu-Yorkun Bronks şəhərində atəş açaraq axtarışda olan bir kişini yaralayıblar. Hadisə zamanı iki ICE agenti də yaralanıb.

"Report"un CNN-ə istinadən məlumatına görə, bu barədə hadisənin başvermə şəraiti ilə tanış olan mənbələr bildiriblər.

Onların sözlərinə görə, hadisə yerli vaxtla saat 16:00-dan sonra ICE əməkdaşları axtardıqları kişi ilə qarşılaşanda baş verib. Onu saxlamaq cəhdi zamanı atəş açılıb.

Yaralı xəstəxanaya aparılıb. Onun huşu özündədir və həyati təhlükəsi yoxdur. ICE-nin iki yaralı əməkdaşı da xəstəxanaya yerləşdirilib.

Nyu-York polisi sosial mediada Bronksdakı atışmanı təsdiqləyib, lakin immiqrasiya əməkdaşlarının hadisədə iştirak edib-etmədiyini dəqiqləşdirməyib.