ABŞ İranla bağlı BMT-də xüsusi iclaslar çağırmaq niyyətindədir

Digər ölkələr
  • 02 yanvar, 2018
  • 19:06
ABŞ İranla bağlı BMT-də xüsusi iclaslar çağırmaq niyyətindədir

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ yaxın günlərdə İranla bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi iclasını çağıracaq.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nın BMT-dəki xüsusi nümayəndəsi Nikki Heyli söyləyib.

Bundan əlavə, rəsmi Vaşinqton İranla bağlı Cenevrədə BMT-nın İnsan Haqları Şurasının xüsusi iclasını çağıracaq.