ABŞ dövlət katibi Əfqanıstanda elan edilməmiş səfərdədir
Digər ölkələr
- 23 oktyabr, 2017
- 13:32
Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstanın paytaxtı Kabilə elan edilməmiş səfərə yollanıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyindən bildiriblər.
Səfər zamanı R.Tillerson Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni və baş nazir Abdulla Abdulla ilə görüşlər keçirib. Görüşlərdə tərəflər sülh, sabitlik və Əfqanıstanın uzunmüddətli tərəqqisinə dair qarşılıqlı istəklərini bir daha təsdiq ediblər.
Dövlət katibi ABŞ-ın Cənubi Asiya üzrə yeni strategiyasının Əfqanıstanda sülhə nail olmaq və bu sülhə mane olmağa çalışan terrorçularn planlarını pozmaq üçün Vaşinqtonla Kabil, eləcə də regiondakı digər tərəfdaşlarla sıx əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib.
Son xəbərlər
00:02
Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə00:00
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Elm və təhsil23:55
Kaliforniyada "F-35" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr23:51
Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
Xarici siyasət23:47
Tramp İnfantino ilə DÇ hüquqlarının satışını müzakirə etmədiyini bildirib
Digər ölkələr23:41
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Xarici siyasət23:29
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasını avqustun 28-dək uzadıb
Digər ölkələr23:12
Rumıniyada elektrik enerjisi istehsalının azalması səbəbindən həyəcan rejimi elan edilib
Digər ölkələr23:01