ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasını avqustun 28-dək uzadıb

Digər ölkələr
  • 31 iyul, 2026
  • 23:29
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasını avqustun 28-dək uzadıb

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Serbiyanın NIS şirkətinin fəaliyyət lisenziyasını avqustun 28-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən Serbiyanın RTS nəşri məlumat yayıb.

İdarə həmçinin Macarıstanın MOL şirkəti ilə bağlı Rusiyanın "Qazprom neft" şirkəti ilə NIS-nin alqı-satqısına dair danışıqlar aparmaq üçün müddəti iyulun 31-də başa çatan lisenziyaya dair qərarını verməlidir.

Daha əvvəl Serbiya və MOL NIS-nin gələcəkdə idarə olunmasına dair səhmdar sazişi imzalayıb.

Hazırda şirkətin əsas sahibi "Qazprom neft"dir (44,85 %), səhmlərin 11,3 %-i isə "İntelicens" şirkətinə ("Qazprom kapital" MMC-nin idarəçiliyi altındadır) məxsusdur. MOL "Qazprom neft" ilə NIS-dəki 56,15 % payın alqı-satqısı barədə razılığa gəlib. Serbiya hökuməti 29,87 % paya sahibdir, şirkətin minoritar səhmdarları da var.

2025-ci ilin əvvəlində "Qazprom neft"in "törəməsi" olan NIS ABŞ-nin sanksiyalar siyahısına daxil edilmişdi. Serbiya Prezidenti Aleksandar Vuçiç o zaman bildirmişdi ki, ABŞ Rusiya kapitalının tamamilə çıxarılmasını tələb edir.

44 - Tezliklə