Tramp İnfantino ilə DÇ hüquqlarının satışını müzakirə etmədiyini bildirib

Digər ölkələr
  • 31 iyul, 2026
  • 23:47
Tramp İnfantino ilə DÇ hüquqlarının satışını müzakirə etmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, heç vaxt Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə dünya çempionatına dair kommersiya hüquqları payının özəl investorlara satılması imkanını müzakirə etməyib.

"Report" xəbər verir ki, Tramp bu barədə Kemp Devid iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Xeyr, heç vaxt", - Tramp müvafiq məlumatı şərh edərkən söyləyib.

Daha əvvəl "The Times" qəzeti xəbər vermişdi ki, dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satışı məsələsi ilə bağlı məsləhətləşmələr guya ABŞ Prezidentinin administrasiyasına yaxın şəxslərlə aparılıb.

44 - Tezliklə