ABŞ-də Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insan saxlanılıb

Digər ölkələr
  • 06 iyul, 2026
  • 03:36
ABŞ-də Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insan saxlanılıb

ABŞ-nin Kaliforniya ştatının Nyuport-Biç şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları son 36 saat ərzində Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insanı saxlayıb.

"Report"un xəbərinə görə, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bayram ərəfəsində yerli hakimiyyət orqanları cinayətlərə sıfır dözümlülük siyasətini elan ediblər.

İyulun 4-də, axşam şənliklər küçə döyüşləri, oğurluqlar, yol nişanlarına ziyan vurma və qanunsuz atəşfəşanlıqla müşayiət olunan iğtişaşlara çevrilib.

Saxlanılanların əksəriyyəti gənclərdir. Bununla yanaşı, onların çoxu Nyuport-Biçin sakinləri deyil. Xeyli sayda insan qanunsuz atəşfəşanlıq istifadəsi barədə məlumatlar daxil olan yerli çimərlikdə saxlanılıb.