Dallas polis şöbəsində atışmada iki nəfər həlak olub - YENİLƏNİB-2

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 18:59
Dallas polis şöbəsində atışmada iki nəfər həlak olub - YENİLƏNİB-2

Bu gün səhər saatlarında ABŞ-nin Dallas şəhərində Miqrasiya və Gömrük polis şöbəsinin yaxınlığında baş verən atışma nəticəsində iki nəfər həlak olub, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

"Report" ABC-yə istinadən xəbər verir ki, zərərçəkənlərdən biri hadisə yerində ölüb, digər ikisi isə xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs də həlak olub.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Dallas ştatında Miqrasiya və Gömrük Polisinin (ICE) binası yaxınlığında baş verən hadisəni qınayıb.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hüquq-mühafizə orqanlarına, xüsusilə ICE-ə qarşı təkrarlanan hücumlar dayanmalıdır", - o qeyd edib.

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkələrdə bildirib ki, hücum edən özünə qəsd edib.

ABŞ-nin Dallas şəhərindəki Miqrasiya və Gömrük Polisinin (ICE) yerli şöbəsində baş verən atışma nəticəsində azı üç nəfər yaralanıb.

"Report"un CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə ICE-in direktoru səlahiyyətlərini icra edən Todd Layons bildirib.

"Son məlumatlara görə, üç yaralı var. Onlar xəstəxanaya yerləşdirilib", - o qeyd edib.

Bildirilib ki, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti