ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Digər ölkələr
  • 30 sentyabr, 2018
  • 03:22
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə KXLY məlumat yayıb.

Məlumata görə, hadisə Vaşinqton ştatında baş verib. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı açıqlanmır. ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi qəzanın səbəbini aydınlaşdırır.