ABŞ-da naməlum şəxs gecə klubunda atəş açıb, iki nəfər ölüb

Digər ölkələr
  • 13 noyabr, 2017
  • 12:39
ABŞ-da naməlum şəxs gecə klubunda atəş açıb, iki nəfər ölüb

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında yerləşən Atlanta şəhərindəki konsertdə naməlum şəxs atəş açıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Polisin məlumatına görə, "Underground Atlanta" gecə klubunda mübahisə nəticəsində atəş açan şəxs rəqiblərini nişan alıb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb. Təsadüfən yaxınlıqda olan digər iki nəfər isə yaralanıb.

Cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub, polis onun axtarışlarını davam etdirir.

44 - Tezliklə