ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi
Digər ölkələr
- 03 aprel, 2020
- 05:50
ABŞ-da koronavirusdan 6 053 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı Cons Xopkins Universiteti yayıb.
Bildirilib ki, virusa yoluxanların sayı isə 245 500-ə çatıb. İnfeksiyanın ən çox qurbanı Nyu-Yorkda olub – 1 562 nəfər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 016 000-i ötüb. Bunların 213 131 nəfəri sağalıb, 53 237 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
19:31
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Region19:25
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Digər ölkələr19:15
Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı müzakirə edilib - YENİLƏNİB
Region19:09
Foto
Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət19:07
Hövsanda açıq ərazidə yanğın baş verib
Hadisə19:07
Qalibaf: ABŞ bölgənin gələcəyini riskə atır - YENİLƏNİB
Region19:00
"Mançester Siti" Omar Marmuşu icarəyə verib
Futbol18:59
AAYDA: Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur18:58