Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı müzakirə edilib - YENİLƏNİB
- 27 avqust, 2026
- 19:15
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bu il Türkiyədə keçirilməsi planlaşdırılan bir sıra yüksəksəviyyəli görüşlərdə iştirak etmək dəvətini qəbul edib.
"Report" Akordaya istinadən xəbər verir ki, tərəflər, həmçinin sarsılmaz dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərin dinamik inkişafını qabardıblar.
Tokayev Ərdoğanın may ayında Astanaya dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların vacibliyini vurğulayıb.
Söhbət zamanı prezidentlər qarşıdan gələn beynəlxalq tədbirlərin qrafikini müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, ikitərəfli və regional məsələləri müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan islahatlara ictimaiyyətin dəstəyinin bir göstəricisi olduğunu bildirib.
O, qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini inkişaf etdirmək üçün səy göstərəcəyini ifadə edib.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Kazakistan Cumhurbaşkanı Kasım Cömert Tokayev ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. İletişim Başkanlığı (@iletisim) August 27, 2026
Liderler, Türkiye-Kazakistan ikili ilişkilerini ve bölgesel konuları ele aldı.
Cumhurbaşkanı Erdoğan görüşmede, 23 Ağustos’ta Kazakistan’da…