Ərdoğan KDR-in şərqində sülh prosesinə dəstəyini ifadə edib

Region
  • 27 avqust, 2026
  • 18:58
Ərdoğan KDR-in şərqində sülh prosesinə dəstəyini ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Çisekedi ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə KDR arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında investisiya, ticarət, müdafiə sənayesi və təhlükəsizlik başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini bildirib.

Türkiyə Prezidenti KDR-in şərqində təhlükəsizlik vəziyyətinin davamlı sülh yolu ilə həlli məqsədilə başladılan prosesləri dəstəklədiklərini qeyd edib. Ərdoğan mövcud razılaşmaların icrası üçün konstruktiv zəminin formalaşdırılmasına zəruri töhfələrin verilə biləcəyini də ifadə edib.

44 - Tezliklə