ABŞ-da COVID-19-a yoluxanların sayı 26 milyonu ötdü
Digər ölkələr
- 30 yanvar, 2021
- 20:46
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 26 milyonu keçib.
“Report” xəbər verir ki, bu barədə yerli və federal qurumların göstəriciləri əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Müəssisənin məlumatına görə, ölkədə 26 012 880 nəfər təhlükəli infeksiyaya yoluxub, 438 239 insan virusdan ölüb.
Yanvarın 24-də ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyona çatıb. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
23:04
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Xarici siyasət23:01
İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib
Region22:55
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət22:47
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb
Xarici siyasət22:45
Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
Xarici siyasət22:39
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
Digər ölkələr22:36
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb
Futbol22:34
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib
Digər ölkələr22:25