ABŞ Çinin 6 şirkətinə İranın hərbi-sənaye kompleksi üçün təchizat səbəbindən sanksiya tətbiq edib

Digər ölkələr
  • 27 fevral, 2025
  • 05:11
ABŞ Çinin 6 şirkətinə İranın hərbi-sənaye kompleksi üçün təchizat səbəbindən sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Çinin materik hissəsindən və Honkonqdan olan altı şirkətə İranın pilotsuz uçuş aparatları və ballistik raket istehsalçıları üçün komponentlərin ehtimal olunan təchizatı səbəbindən sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

Qeyd olunan firmalardan beşi Honkonqda, biri isə Şençjen şəhərində (Quandun vilayəti) qeydiyyatdan keçib. Onlara İranın “Pishtazan Kavosh Gostar Boshra” (PKGB) şirkətinə və onun “Narin Sepehr Mobin Isatis” (NSMI) filialına elektron komponentlərin təchizatı ilə bağlı ittihamlar irəli sürülüb. Şirkətin özü 2019-cu ildən ABŞ-nin sanksiyaları altındadır, filialı isə 2024-cü ildə ABŞ Maliyyə Nazirliyinin qara siyahısına daxil edilib.