Abdullah Ənati: Humanitar problemlərin öhdəsindən ölkələrin təkbaşına gəlməsi çətindir
- 21 may, 2026
- 14:36
Şəhər əməkdaşlığı mənzil və humanitar problemlərin həllini sürətləndirməyə xidmət edir.
"Report" xəbər verir ki, bunu APLA-nın icraçı direktoru Abdullah Ənati Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil təminatı şəhərləri bir araya gətirəndə: praktikada yerli əməkdaşlıq" adlı müzakirədə deyib.
Abdullah Ənati APLA -nın fəaliyyətininin üzv bələdiyyələrin ehtiyaclarına uyğun formalaşdırdığını qeyd edib.
"Bələdiyyələrdən onların prioritetlərini soruşuruq. Mənzil, iqlim dəyişikliyi və ya digər məsələlər hansı istiqamətdədirsə, fəaliyyətimizi həmin ehtiyaclara uyğun qururuq".
İcraçı direktor regiondakı mövcud vəziyyət fonunda şəhərlərin və ölkələrin təkbaşına problemlərin öhdəsindən gəlməsinin çətin olduğunu da qeyd edib.
"Fələstin, Livan və Suriyada ciddi çağırışlar mövcuddur. Belə şəraitdə tərəfdaşlıq əsas amilə çevrilir".