2025-ci ildə "Beynəlxalq Karl mükafatı"na Ursula fon der Lyayen layiq görülüb
- 15 yanvar, 2025
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Axen Beynəlxalq Karl mükafatı" (The International Charlemagne Prize of Aachen) 2025-ci ildə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə veriləcək.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Bu mükafat məni dərindən təsirləndirir. Çünki Böyük Karl Mükafatı çətin zamanlarda bizim etibarlı dayağımız olan Avropanı ürəyində daşıyır. Avropamıza inanan hamının adından çox təşəkkür edirəm", - Ursula fon der Lyayen qeyd edib.
Xatırladaq ki, "Beynəlxalq Karl mükafatı" Avropanın ən nüfuzlu mükafatlarından biridir. 1950-ci ildən başlayaraq bu mükafatla Avropanın birləşməsi, demokratik dirçəlişi və vahidliyi uğrunda fövqəladə xidmətləri olan beynəlxalq təşkilatlar və görkəmli siyasi xadimlər təltif olunurlar.
Dieser Preis berührt mich tief.
— Ursula von der Leyen (@vonderleyen) January 15, 2025
Denn der Karlspreis trägt Europa im Herzen, unser verlässlicher Anker in bewegten Zeiten.
Großen Dank im Namen aller, die an unser Europa glauben, lieber @KarlspreisAC! https://t.co/g1KyVgWxZ7