Ukraynadan dönən azərbaycanlı: "Atam və qaynım Ukrayna vətəndaşıdır, onlar orada qalıb"
- 05 mart, 2022
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“Odessa şəhərindən gəlirik. 24 ildir Ukraynada yaşayırdıq. On gündür öz evimizi tərk etmişik. Ancaq qadınlar və uşaqlar gəldi”.
Bunu “Report”a açıqlamasında Ukraynadan təxliyə olunaraq Bakıya gətirilən Azərbaycan vətəndaşı Dilarə İbrahimova deyib.
“Moldovada 4 gün qaldıq. Sığınacaqda bizi hər şeylə təmin edirdilər", - o bildirib.
Sərfinaz Tanrıverdiyeva isə bildirib ki, oğlu və yoldaşı Ukraynadadadır: “4 gündür Moldovada idik. Bakıya dünən gəldik. Sabah Gəncə şəhərinə yola düşəcəyik. Orada qalmağı planlaşdırırıq”.
“On yeddi ildir Jitomir şəhərində yaşayırdım. Atam və qaynım Ukrayna vətəndaşıdır, onlar orada qalıb”, - Bakıya təxliyə olunan həmyerlimiz Lamiyə Yaqubova bildirib.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar martın 4-də Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub. Azərbaycanlıların təxliyəsi davam edir.