Quba Soyqırımı Memorial Kompleksində soyqırımı qurbanları anılır
- 31 mart, 2019
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilir.
"Report"un şimal bürosunun verdiyi məlumata görə, 1918-ci ildə Erməni vandallarının Azərbaycan ərazisində türklərinin soyqırımının anım mərasimi keçirilir.
Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları məruzələrlə çıxış edəcəklər.
Konfrans davam edir.