Zakir Qaralov Ucarda vətəndaşları qəbul edəcək
- 08 aprel, 2016
- 11:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 aprel. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov aprelin 15-də saat 11:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.