Yavər Camalov Əfqanıstan prezidentinin MDB üzrə nümayəndəsini qəbul edib
- 22 may, 2015
- 23:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 may. REPORT.AZ/ Mayın 22-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
"Report" Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əmakdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyiblər.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.