Vasif Talıbov Naxçıvan Ali Məclisi Aparatının rəhbərinə "Əməkdar dövlət qulluqçusu” fəxri adı verib

Daxili siyasət
  • 09 iyul, 2016
  • 23:14
Vasif Talıbov Naxçıvan Ali Məclisi Aparatının rəhbərinə Əməkdar dövlət qulluqçusu” fəxri adı verib

Bakı. 10 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Əli Əkbər oğlu Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilməsi haqda sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Əkbər oğlu Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin".

44 filmi