Xankəndi məktəbindəki məntəqədə 300-ə yaxın şəxs səs verib - FOTO

Daxili siyasət
  • 09 fevral, 2020
  • 08:42
Xankəndi məktəbindəki məntəqədə 300-ə yaxın şəxs səs verib - FOTO

Milli Məclisə seçkilərlə əlaqədar 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 8 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. 

“Report”un xəbərinə görə, bu məntəqənin seçici siyahısında 1247 nəfərin adı var.

Səsvermə başlayandan bu vaxta qədər 300-ə yaxın şəxs səs verib. 

Seçki prosesini 20 yerli müşahidəçi izləyir.

Məntəqə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə yerləşir.