Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olunub

Daxili siyasət
  • 24 may, 2017
  • 09:07
Şəmkirin icra başçısının müavini vəzifəsindən azad olunub

Şəmkir. 24 may. REPORT.AZ/ Şəmkir Rayon İcra hakimiyyətinin (RİH) başcısının müavini vəzifəsindən azad olunub.

RİH-dən "Report"un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.

44 - Tezliklə