Şəhid qardaşı: Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib

Daxili siyasət
  • 22 may, 2024
  • 12:48
Şəhid qardaşı: Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib

Valideynlərim bu illər ərzində onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib.

Bu sözləri "Report"un Muğan bürosuna açıqlamasında mayın 22-də Biləsuvarda yerləşən Cəbrayıl qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elbrus İsaqovun qardaşı Ramiz İsaqov deyib.

O bildirib ki, qardaşının nəşinin 31 il sonra tapılması da ailə üçün təskinlikdir:

“Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gedib. Qardaşım Əfqanıstan müharibəsində iştirak etmişdi. Gəldi, sonra da könüllü olaraq Qarabağda döyüşməyə yollandı. 1994-cü ilin fevralında Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşdü. Qardaşımın nəşinin tapılmasında əziyyəti olan hər kəsə öz minnətdarlığımızı bildiririk”.

44 - Tezliklə