Şəhid qardaşı: Fikrətdən Xocalı hadisələrindən sonra xəbər ala bilməmişdik

Daxili siyasət
  • 30 oktyabr, 2025
  • 14:52
Şəhid qardaşı: Fikrətdən Xocalı hadisələrindən sonra xəbər ala bilməmişdik

Ailəsi Xocalı soyqrımından sonra şəhid Fikrət Əzizovdan xəbər ala bilməyib.

"Report" xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Fikrət Əzizovun qardaşı Məmməd Əzizov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, qardaşı 1991-ci ildə könüllü olaraq Qarabağa yollanıb:

"Fikrət 1992-ci ildə Xocalı hadisələri zamanı şəhid olmuşdu. Qardaşımı tapmaqdan ötrü Xocalı şəhidlərinin daşınmasında kömək etmişəm, lakin onu tapa bilməmişəm. Fikrəti sonuncu dəfə məzuniyyətə gələndə görmüşəm. Məzuniyyətə gələndə iki gün qaldı, sonra yenidən Qarabağa qayıtdı. Gedəndən 5-6 gün sonra Xocalı hadisələri oldu. O zamandan etibarən qardaşımdan bir xəbər ala bilmədik. Dövlətimiz sağolsun ki, gözümüz yoldan yığıldı".

Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.

Son xəbərlər

Bütün Xəbər Lenti