Məzahir Pənahov: Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına başlanılmalıdır

Daxili siyasət
  • 02 iyul, 2024
  • 12:39
Məzahir Pənahov: Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına başlanılmalıdır

Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına, işlək hala gətirilməsinə artıq başlanmalıdır.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında danışıb.

O qeyd edib ki, prezident seçkilərində veb-kameralarla bağlı heç bir problem olmadı.

"Mən qeyd etdim ki, bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır".