Sahil Babayev iqtisadiyyat nazirinin müavini vəzifəsindən çıxarılıb

Daxili siyasət
  • 21 aprel, 2018
  • 14:58
Sahil Babayev iqtisadiyyat nazirinin müavini vəzifəsindən çıxarılıb
Report

Bakı. 21 aprel. REPORT.AZ/ Sahil Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

"Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.