​Qış məktəbinin iştirakçıları Quba Soyqırımı Memorialını ziyarət edəcəklər

Daxili siyasət
  • 10 fevral, 2016
  • 12:49
​Qış məktəbinin iştirakçıları Quba Soyqırımı Memorialını ziyarət edəcəklər

Bakı. 10 fevral. REPORT.AZ/ "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adı altında keçirilən qış məktəbinin iştirakçıları fevralın 11-də Quba rayonuna səfər edəcək, Quba Soyqırımı Memorialını ziyarət edəcəklər.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən bildirilib.

Qış məktəbinin tələbə və mütəxəssislərdən ibarət iştirakçıları Qubada Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevlə görüşəcək, Qırmızı qəsəbə və yerli sinaqoqla tanış olacaqlar.

Məktəbin iştirakçıları Xaçmaz və Qusar rayonlarına da səfər edəcəklər.

Məktəbin iştirakçıları fevralın 14-də Bakıda yerləşən ibadət evlərini - Katolik kilsəsi, Bakı Alman Lüteran kilsəsini, Rus Pravoslav kilsəsi, "Heydər" məscidini ziyarət edəcəklər.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi qış məktəbi fevralın 15-də yekunlaşacaq.