Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib

Daxili siyasət
  • 11 yanvar, 2017
  • 08:35
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.