Nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb
- 22 oktyabr, 2018
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda daimivə ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütünmexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövləttexniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.
“Report” xəbər verir ki, Nazirlər Kabineti bununlabağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışınınkeçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisindədaimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraqbütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövləttexniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir.Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Əsasnaməyə əsasən, texniki baxış belə həyatakeçirilir: Tramvaylar və trolleybuslar, hüquqi vəfiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, SilahlıQüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçininavtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyatvasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizliküzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texnikibaxışdan keçir.
Hüquqi və fiziki şəxslərə məxsus olan (SilahlıQüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/smvə daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütüntipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları vəyarımqoşqularına görə:
İstehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildəbir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texnikibaxışdan keçməlidirlər.