Naxçıvan Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiqlənib - SİYAHI

Daxili siyasət
  • 07 dekabr, 2018
  • 08:55
Naxçıvan Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 7 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi təsdiq edilib.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yaradılması haqqında fərman imzalayıb.

Şuranın tərkibinə aşağıdakı şəxslər daxil edilib:  

1.Əli Həsənov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

2.Cəlil Rüstəmov - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

3.Gözəl Şahməmmədova - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri

4.İsmayıl Qəribli - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri

5.Əhliman Xıdırov - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi

6.Sənan Qarayev - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının hakimi

7.Aytən Məmmədova - Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

8.Ayaz Məhərrəmov - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qanunvericilik bölməsinin rəisi.