MSK-ya hesabat verən partiyaların adları açıqlandı - SİYAHI

Daxili siyasət
  • 19 mart, 2020
  • 06:52
MSK-ya hesabat verən partiyaların adları açıqlandı - SİYAHI

Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı verən partiyaların adları və sayı məlum olub.

“Report”un xəbərinə görə, bu ilin əvvəlindən indiyədək 27 siyasi təşkilat illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar:

- hakim Yeni Azərbaycan Partiyası (YAP), 

- Azərbaycan Naminə Alyans Partiyası, 

- Azərbaycan Liberal Partiyası, 

- Azərbaycan Xalq Demokratik Partiyası, 

- Azərbaycan Sosial Demokrat Partiyası, 

- Böyük Quruluş Partiyası, 

- Azərbaycan Demokratik Maarifçilik Partiyası, 

- Azərbaycan Respublikaçılar Partiyası, 

- Azərbaycan Kommunist Partiyası, 

- Müsavat Partiyası, 

- Klassik Xalq Cəbhəsi Partiyası, 

- Müasir Musavat Partiyası, 

- Vətəndaş Həmrəyliyi Partiyası, 

- Milli Vəhdət Partiyası, 

- “Birlik” Partiyası, 

- Azərbaycan Milli Demokrat Partiyası, 

- Azərbaycan Təkamül Partiyası , 

- Milli Dirçəliş Hərəkatı Partiyası, 

- Ana Vətən Partiyası, 

- Azərbaycan Milli İstiqlal Partiyası, 

- “Qorqud” Partiyası, 

- Vahid Azərbaycan Partiyası, 

- Azərbaycan Xalq Partiyası, 

- “Azərbaycan Mübarizləri” Partiyası, 

- Vətəndaş Birliyi Partiyası, 

- Demokratik İslahatlar Partiyası,

- Aydınlar Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

44 - Tezliklə