MSK sədri Məzahir Pənahov Avstriyada rəsmi səfərdədir

Daxili siyasət
  • 20 iyul, 2015
  • 12:20
MSK sədri Məzahir Pənahov Avstriyada rəsmi səfərdədir

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avstriyada rəsmi səfərdədir. Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Səfərin məqsədi Vyanada seçkilər mövzusunda keçirilən seminarda iştirak etməkdir.

ATƏT-in hazırkı sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən birgə təşkil edilən, seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı seminar seçkilərlə bağlı müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.