MSK-da DSK sədrləri üçün seminar-müşavirə keçiriləcək

Daxili siyasət
  • 10 oktyabr, 2019
  • 07:46
MSK-da DSK sədrləri üçün seminar-müşavirə keçiriləcək
Report

Oktyabrın 11-də dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə keçiriləcək.

“Report”un xəbərinə görə, seminar Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında təşkil ediləcək.

Seminar-müşavirə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissəsinin icrası ilə əlaqədardır.